Binəli Yıldırım: “TANAP-ı da uğurla həyata keçirəcəyik”

16:00 - 10 Oktyabr 2016 - DÜNYA

 "Türkiyənin enerji ticarəti mərkəzi olması üçün aparılan işlər davam etdirilir". "Report" xəbər verir ki, bunu İstanbulda keçirilən XXIII Dünya Enerji Konqresində çıxış edən Türkiyənin Baş naziri Binəli Yıldırım deyib.Onun sözlərinə görə, Türkiyə Bakı-Tbilisi-Ceyhan (BTC) və Bakı-Tbilisi-Ərzurum (BTƏ) kəmərlərinin mövcudluğundan məmnundur.

“Avropanın enerji təhlükəsizliyinin əsasını təşkil edən Cənub Qaz Dəhlizinin əsas hissəsi olan Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsini də uğurla həyata keçirəcəyik” - hökumət başçısı bildirib.

Xəbər xətti