Bu gün Strasburqda AŞPA-nın sessiyası başlayır

10:57 - 10 Oktyabr 2016 - SİYASƏT

Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının payız sessiyası işinə başlayır. AŞPA-nın mətbuat xidməti xəbər verir ki, sessiyanın gedişində parlamentarilər qarşısında Fransa prezidenti Fransua Olland, Almaniya xarici işlər naziri Frank-Valter Ştaynmayer, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax çıxış edəcək. Avropa Şurasının baş katibi Turbyorn Yaqland AŞPA deputatlarının suallarını cavablandıracaq. Oktyabrın 11-də sessiya çərçivəsində Azərbaycandan və Makedoniyadan Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) hakim seçkisi keçiriləcək. Sessiya zamanı deputatlar parlamentarilər Türkiyə və Ukraynadakı vəziyyəti, eləcə də digər aktual məsələləri müzakirə edəcək. AŞPA sessiyası işinə oktyabrın 14-də yekun vuracaq.

Xəbər xətti