Klinton Səudiyyə Ərəbistanını ekstremizm ideologiyasını yaymaqda ittiham edib

10:51 - 10 Oktyabr 2016 - DÜNYA

ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton 2013-cü ilin oktyabrında Çikaqoda Yəhudi Birlik Fondunun toplantısında çıxışı zamanı Səudiyyə Ərəbistanını kütləvi surətdə ekstremizm ideologiyasını yaymaqda ittiham edib. Klintonun nitqindən çıxarış onun indiki seçkiqabağı qərargahının sədri Con Podestin "WikiLeaks" tərəfindən dərc olunan elektron məktublarında öz əksini tapıb. Bu barədə "The Washington Examiner" nəşri yazıb.

"Son 30 ildə səudiyyəlilər qədər ekstremizm ideologiyasını yayan olmayıb", - deyə sabiq dövlət katibi oktyabrın 28-də mətbuata qapalı olan çıxışı zamanı bildirib.

Xəbər xətti