Ana səhifə
20 Sentyabr 2018

Fransız qəzetinin baş redaktoru “Qarabağ”a görə üzr istədi- FOTO

6 noyabr 2014-cü il tarixində Fransada fəaliyyət göstərən “L Equipe” qəzetində Azərbaycan Respublikasının “Qarabağ” futbol klubu ilə əlaqədar təhrif edilmiş məlumatın verildiyini nəzərə alaraq, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən məsələnin araşdırılması və lazımı tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Fransadakı Səfirliyinə təlimat verilib.

 

 

Ucnoqta.az xəbər verir ki, nazirlikdən “Qafqazinfo”ya daxil olan xəbərə görə, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib. Onun sözlərinə görə, səfirlik tərəfindən bu narahatlıq doğuran məsələ qəzetin baş redaktoru Fabrice Jouhaudun qarşısında qaldırılıb:

 

“Qəzetin Baş redaktoru Fabrice Jouhaud bu məsələnin təəssüfedici səhv olduğunu etiraf edərək, Azərbaycan cəmiyyəti və “Qarabağ” futbol klubunun azarkeşləri tərəfindən həssaslıqla qarşılanan bu yazıya görə üzr istəyib və səhvin aradan götürüldüyünü bildirib.”

 

Bildirək ki, Fransanın “lequipe.fr” saytı Azərbaycanın “Qarabağ” klubunun Çempionlar Liqasında qrupdan çıxmaq şanslarını təhlil edən yazıda klub Ermənistan klubu kimi təqdim edib.

 

Azərbaycanın Fransadakı səfirliyinin müdaxiləsindən sonra sözügedən məqaləyə düzəlişlər olunub; “Qarabağ” Azərbaycan klubu kimi təqdim edilib.

 

Məqalənin redaktə edilmiş yeni və köhnə versiyalarını təqdim edirik:

Tarix
9 Noyabr 2014 [11:47]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin