Abdolbari Gözəl: "Neftin qiyməti 50 dolları ötən kimi, ABŞ düyməni sıxır"

13:16 - 7 Oktyabr 2016 - İQTİSADİYYAT

Qlobal iqtisadiyyatda mənfi proseslər davam etməkdədir. Bunu Azərbaycan Sahibkarlar Konfederasiyasının Aqrar inkişaf komissiyasının iclasında komissiyanın sədri, "Azərsun Holdinq"in Müşahidə Şurasının sədri Abdolbari Gözəl deyib. "Neftin qiyməti 50 dolları ötən kimi, ABŞ düyməni sıxır, buruqlar işə salınır, nəticədə neft ucuzlaşır. Bu isə bir çox ölkələrə mənfi təsir edir. Lakin bizim xoşbəxtçiliyimiz ondadır ki, ölkə başçısı İlham Əliyev bu proseslər başlamadan qeyri-neft sektorunun inkişafına dəstək verdi. Bunun da bəhrəsini görürük. Düzdür, Azərbaycanın ənənəvi ixrac məhsulu neftdir. Neft ixrac olunmadıqca valyuta daxilolmaları azalır. Lakin bunu qeyri-neft ixracının hesabına kompensasiya etmək olar. Buna görə, qeyri-neft məhsullarının istehsalçıları daha aktiv olmalıdır", - deyə o bildirib.

Xəbər xətti