Körpüdə Putinin böyük portreti asılıb

11:59 - 7 Oktyabr 2016 - MARAQLI

Nyu-Yorkda Rusiya prezidenti Vladimir Putinin böyük portreti peyda olub. Avtosfer.az rentv-yə istinadən verdiyi məlumata görə, üzərində “Sülhməramlı” sözü yazılmış portret səhər saatlarında Manhetten körpüsündə görüntülənib. Şahidlərin sözlərinə görə, iki nəfər körpüdə müəyyən iş gördükdən sonra 10x5 həcmli portret İst-River üzərində dalğalanmağa başlayıb. Bir müddət sonra polis əməkdaşları portreti oradan götürüblər. Lakin hələlik portretin müəlliflərinin kimliyi müəyyənləşdirilməyib.

Xəbər xətti