Pentaqon rəsmisi: "Türkiyə hərbçilərinin İraq ərazisində olması qanunsuz deyil"

11:43 - 7 Oktyabr 2016 - DÜNYA

"Türkiyə hərbçilərinin İraqda mövcudluğunun qanunsuz olduğu ifadəsi həqiqətə uyğun deyil".

"Report" "Haber7"yə istinadən xəbər verir ki, bunu ABŞ-ın Müdafiə Nazirliyinin (Pentaqon) sözçülərindən Metyu Allen deyib.

O, rəsmi yazılı açıqlama verib və iki gün əvvəl İraqdakı beynəlxalq koalisiya qüvvələrinin sözçüsü, polkovnik-leytenant Con Dorrianın İraqdakı Türkiyə həbrçiləri haqda şərhinə münasibət bildirib.

Qeyd edək ki, Con Dorrian İraq torpaqlarındakı türk hərbçilərinin koalisiyaya aidiyyəti olmadığını və İraqın icazəsi olmadan Türkiyənin Başikada hərbi düşərgə saldığını söyləmişdi.

Metyu Allen koalisiya qüvvələri sözçüsünün brifinqdə belə demədiyini və onun dediklərinin yanlış şərh edildiyini bildirib.

M.Allen bildirib: "Türkiyə hərbçilərinin İraqda mövcudluğunun qanunsuz olduğu ifadəsi həqiqətə uyğun deyil. Bu fikir açıq-aşkar, tamamilə yalandır".

Pentaqon sözçüsü deyib ki, C.Dorrian Türkiyənin İraqdakı həbrçilərinin mövcudluğuna şərh verməyib.

Xəbər xətti