Azərbaycan neftinin qiyməti 53 dollara yaxınlaşıb

11:41 - 7 Oktyabr 2016 - İQTİSADİYYAT

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,71 dollar və yaxud 1,37% artıb.

"Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 52,69 dollara bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Xəbər xətti