Ana səhifə
22 Sentyabr 2018

Oliqarx qızının “BMW X6”-sı oğurlandı

Peterburq polisi dağıstanlı oliqarx Ömər Murtuzəliyevin qızına məxsus “BMW X6” markalı avtomobilini axtarır.

Ucnoqta.az xəbər verir ki, avtomobilin sahibi Kristina Murtuzəliyeva Moskvada yaşayır və elit mərasimlərdə iştirakı ilə tanınır. O, Arbatdakı “Glent” gözəllik salonunun sahibidir.

Avtomobil oktyabrın 6-da Sankt-Peteburqdakı Moskva prospektindən oğurlanıb. Avtomobilin oğurlandığı haqda polisi Kristina Murtuzəliyevanın tanışı məlumat verib.

Qeyd edək ki, Ömər Murtuzəliyev Dağıstandan olan imkanlı biznesmendir. O, Moskvada yaşayır, Londonda daşınmaz əmlakı var. Ömər Murtuzəliyev sərbəst güləş üzrə Rusiya qadın yığma komandasının rəhbəridir. O, həmçinin Azərbaycan əsilli yəhudi milyarder Zarah İliyevin keçmiş biznes ortağıdır.(Virtualaz.org)

 

Tarix
7 Oktyabr 2014 [19:03]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin