Transformatora girən ayını "tok" vurdu - FOTO

19:39 - 6 Oktyabr 2016 - HADİSƏ

Oğuzun Xaçmaz kəndinə hücum edən ayını elektrik cərəyanı vurub. Ucnoqta.az ARB Şəki-yə istinadən xəbər verir ki, axşam saatlarında kənd sakini Əlibala Nəbiyev bağının yaxınlığında transformatorun yerləşdiyi ərazidə ayı görüb. Yaxınlaşdığı zaman məlum olub ki, heyvanı elektrik cərəyanı vurub.

Ayının kəndə hücumundan təşvişə düşən kənd sakinləri bu halın dəfələrlə təkrarlandığını deyiblər. Onların sözlərinə görə, axşam saatlarında ayı nəriltisini eşitmək artıq adi hal alıb.


Xəbər xətti