İstanbulda güclü partlayış: çoxlu sayda yaralı var

17:22 - 6 Oktyabr 2016 - DÜNYA

Türkiyənin İstanbul şəhərinin Yeni Bosna rayonunun "Şirinevler 75 il" polis mərkəzi yaxınlığıda partlayış olub.
"Report" "Haber7"yə istinadən xəbər verir ki, hadisə yerinə çox sayda polis qüvvəsi cəlb edilib.
Məlumata görə, partlayıcı qurğu quraşdırılmış avtomobillə polis məntəqəsinə hücum edilib.
Çoxlu sayda yaralı var.
Partlayışın törədilməsinin səbəbi hələlik məlum deyil.

Xəbər xətti