Ana səhifə
21 Sentyabr 2018

Polat azərbaycanlı sevgilisindən danışdı- “Başını əzərəm”

Müğənni Ebru Polat “Hürriyet” qəzetinə müsahibə verib.

 

 

Ucnoqta.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, yaradıcılıq yeniliklərindən danışan ifaçı sevgilisi ilə münasibətlərindən də söhbət açıb:

 

“Ailəm “Bir-birinizi bir az daha tanıyın” dedi, biz də bir az gözləməyə qərar verdik. İrfanla təxminən bir ildir ki, birlikdəyik və çox xoşbəxtik. Dünyanın ən şirin adamı deyə bilərəm, həqiqətən onu çox sevirəm. Bu zamana qədər arxamca qaçan, mənimlə evlənmək istəyən, hətta mənim üçün intihar etmək istəyənlər belə oldu, amma evliliyə heç isti baxmadım. İrfana güvənirəm, ona görə onunla evlənə bilərəm”.

 

Sənətçi müsahibələrinin birində dediyi "Sevgilimin tək gecəlik münasibətinə qarşı deyiləm” sözlərinə də aydınlıq gətirib:

 

“Elə bir şey etsə, onun başını əzərəm. Hərdən bir bunu öz aramızda da danışırıq, "Elə bir şey etsən, səni çox pis döyərəm” deyirəm. Bir əvvəlki müsahibəmdə məntiqimlə, indi isə duyğularımla danışıram. Anladım ki, sevən insan həqiqətən bunu qəbul etməz”.

 

Qeyd edək ki, müğənni azərbaycanlı biznesmen sevgilisi olması barədə açıqlama vermişdi.

Tarix
8 Noyabr 2014 [17:34]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin