DÇ-2018-in seçmə mərhələsi: İtaliya İspaniya ilə qarşılaşacaq

11:15 - 6 Oktyabr 2016 - İDMAN

Bu gün 2018-ci ildə Rusiyada təşkil olunacaq futbol üzrə dünya çempionatının seçmə qrup mərhələsinin II turunun oyunları keçiriləcək. Bu gün "D", "G" və "İ" qruplarında 9 matç oynanılacaq. Azərbaycanlı futbol azarkeşlərinin maraqla gözlədiyi oyunlardan biri "İ" qrupunda - Türkiyə və Ukrayna arasında keçiriləcək. Qrupda yer alan komandaların hamısının aktivində 1 xal olduğundan, Fatih Terimin komandası qələbə qazanacağı təqdirdə mövqeyini yaxşılaşdırmaq şansı əldə edəcək. Gecənin digər maraqlı görüşü isə "G" qrupunda olacaq. Bu qrupun əsas oyununda İtaliya yığması İspaniyanı sınağa çəkəcək. Hər iki komanda ilk görüşdə qələbə qazanıb. Növbəti 3 xal komandanın yüksək pillələrdə qərarlaşmasına kömək edəcək.

Dünya çempionatı, seçmə qrup mərhələsi, II tur

6 oktyabr

"D" qrupu

22:45. Avstriya - Uels

Vyana. Ernst Happel stadionu

22:45. İrlandiya - Gürcüstan

Dublin. Aviva Stadionu

22:45. Moldova - Serbiya

Kişinyov. Zimbru Stadionu

Qrupda vəziyyət: Uels - 3. Avstriya - 3. İrlandiya - 1. Serbiya - 1. Gürcüstan - 0. Moldova - 0.

"G" qrupu

22:45. İtaliya - İspaniya

Turin. "Yuventus" Stadionu

22:45. Makedoniya - İsrail

Skopye. Filip II Makedoniski adına milli stadion

22:45. Lixtenşteyn - Albaniya

Vadus. Reynpark Stadionu

Qrupda vəziyyət: İspaniya - 3. İtaliya - 3. Albaniya - 3. Makedoniya - 0. İsrail - 0. Lixtenşteyn - 0.

"İ" qrupu

22:45. Kosova - Xorvatiya

Şkoder. Lore Boruçi Stadionu

22:45. İslandiya - Finlandiya

Reykyavik. Lauqardalsvyollur

22:45. Türkiyə - Ukrayna

Konya. Konya Büyükşehir Bələdiyyəsi Stadionu

Qrupda vəziyyət: Xorvatiya - 1. Ukrayna - 1. Finlandiya - 1. İslandiya - 1. Kosova - 1. Türkiyə - 1.

Xəbər xətti