İri neft yataqları aşkarlanıb - Alyaskada

12:18 - 5 Oktyabr 2016 - İQTİSADİYYAT

“Caelus Energy” şirkəti Alyaskada iri neft ehtiyatlarının aşkarlandığını bəyan edib. Ucnoqta.az RİA Novosti agentliyinə istinadən xəbər verir ki, bu barədə “Wall Street Journal” yazıb. Məlumata əsasən, “Apollo Global Management” Fondu tərəfindən dəstəklənən şirkət Şimal Qütb dairəsindən 480 km şimalda yerləşən şelfdə zəngin neft ehtiyatları aşkarladığını bəyan edib. “Caelus Energy” şirkəti yataqdan 1,8-2,4 mlrd. barelədək neft (240-321 mln. ton) hasil etmək mümkün olacağını bildirib. Proqnozların gerçəkləşəcəyi təqdirdə, yataqdan gündəlik 200 min barel yüngül neft hasil etmək mümkün olacaq. “Bunu etmək çətin olacaq, lakin bizim bütün dünyada bu cür layihələrimiz var”, - deyə şirkətin rəhbəri Ceyms Müsselman bildirib.

“Caelus” hasil ediləcək neftin daşınması üçün 800 mln. dollar dəyərində 200 km uzunluğunda sualtı neft borusu inşa etməyi planlaşdırır.

Məlumata görə, şirkət layihə çərçivəsində artıq iki quyu qazıb, daha bir quyunun qazılması 2018-ci ilin yanvarına planlaşdırılıb.

Xəbər xətti