Elmar Məmmədyarov Brüsseldə Əfqanıstan üzrə konfransda iştirak edir

12:03 - 5 Oktyabr 2016 - SİYASƏT

Brüsseldə Avropa İttifaqının (Aİ) təşkilatçılığı ilə Əfqanıstan üzrə konfrans başlayıb. Konfrans Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsinin sədrliyi ilə keçirilir. Tədbirdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edir. Konfransa Əfqanıstan prezidenti Əşrəf Qani, ABŞ dövlət katibi Con Kerri, BMT baş katibi Pan Gi Mun, NATO baş katibi Yens Stoltenberq və digər rəsmi şəxslər də qatılıb.

Xəbər xətti