Ötən gün yol qəzalarında 7 nəfər ölüb

11:57 - 5 Oktyabr 2016 - HADİSƏ

Azərbaycanda ötən gün baş verən yol qəzalarının statistikası açıqlanıb. Daxili İşlər Nazirliyindən Ucnoqta.az-a verilən məlumata görə, ötən gün respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib ki, nəticədə 7 nəfər həyatını itirib.

Yol qəzalarından ən ağırı Balakən rayonunda qeydə alınıb. Həmin qəzada 4 nəfər həlak olub.

Xəbər xətti