Göygöldə başına avtomobilin dəmir parçası düşən usta ölüb

11:43 - 5 Oktyabr 2016 - HADİSƏ

Göygöl rayonunda başından aldığı zərbədən xəstəxanaya yerləşdirilən usta orada dünyasını dəyişib. Ucnoqta.az Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, Balçılı kəndində rayon sakini İlham Həsənov “MAZ” markalı avtomobilinin təkərini təmir edərkən, təkərdən çıxan dəmir parçası baş nahiyəsinə dəyib. Xəstəxanaya yerləşdirilən İ.Həsənov orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti