Səfir: "Azərbaycan dini və etnik tolerantlıq modeli nümayiş etdirir"

11:20 - 5 Oktyabr 2016 - SİYASƏT

 Azərbaycan Böyük Britaniyadakı səfiri Tahir Tağızadə "The Economist" jurnalında gedən qeyri-obyektiv məqalə ilə bağlı bu nəşrə açıqlama verib."Report" xəbər verir ki, səfir bu cür məqaləyə görə, üzüldüyünü qeyd edib.Onun sözlərinə görə, Azərbaycan xarici investisiyalar üçün biznesini açır, ölkəmizin beynəlxalq ictimaiyyət üçün enerji tərəfdaşı kimi etibarlılığı isə tərifə layiqdir.

"Azərbaycan dini və etnik tolerantlıq, uğurlu mədəniyyətlərarası cəmiyyət modelini nümayiş etdirir. Eyni zamanda, demokratiyanın Avropa modelini inkişaf etdirir", - deyə bildirib.
Diplomat məqalədə Ermənistanla münaqişə nəticəsində Azərbaycan torpaqlarının işğalı, bu münaqişənin humanitar fəlakətə səbəb olması faktlarının qeyd olunmamasından təəssüfləndiyini dilə gətirib.
Xatırladaq ki, daha əvvəl "The Economist" jurnalında Azərbaycanda insan hüquqlarının qorunmaması ilə bağlı tənqidi məqalə dərc edilmişdi.

Xəbər xətti