AFFA klubları cərimələdi

14:24 - 4 Oktyabr 2016 - İDMAN

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. PFL-in rəsmi saytında verilmiş məlumata görə, İK Topaz Premyer Liqanın 7-ci turunda baş verən qayda pozuntuları ilə bağlı müvafiq qərarlar qəbul edib.
Topaz  Premyer Liqasının VII turunun “İnter” – “Zirə” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
Oyunun 90+1-ci dəqiqəsində “İnter” klubunun texniki zonasından meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunub.
Topaz  Premyer Liqasının VII turunun “Sumqayıt” – AZAL matçında AZAL klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
Topaz  Premyer Liqasının VII turunun “Neftçi” – “Kəpəz” matçında “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
Oyunun 57-ci və 78-ci dəqiqəsində “Kəpəz” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunub.
Topaz  Premyer Liqasının VII turunun “Qəbələ” – “Qarabağ” matçının 40 -cı dəqiqələrində “Qəbələ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunub.
Oyun başa çatdıqdan sonra “Qəbələ” klubunun azarkeşləri tərəfindən  pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 800 manat cərimə olunub.

Xəbər xətti