Sərnişin avtobusu qəzaya uğrayıb: 25 yaralı

10:50 - 4 Oktyabr 2016 - HADİSƏ

Türkiyədə ağır yol qəzası baş verib. Bu barədə "Anadolu" agentliyi xəbər yayıb. Məlumata görə, hadisə paytaxt Ankarada qeydə alınıb. Belə ki, sərnişin avtobusunun maye yanacaq daşıyan avtomobillə və digər nəqliyyat vasitəsilə toqquşması nəticəsində avtobusun salonunda olan 25 nəfər xəsarət alıb. Hadisə zamanı eyni zamanda maye yanacaq daşıyan avtomobil də aşıb. Yaralılar Ankaradakı xəstəxanalara yerləşdiriliblər.

Xəbər xətti