Roma Papası Tbilisidə stadionda müqəddəs ayini icra edib

14:52 - 1 Oktyabr 2016 - DÜNYA

Bu gün Gürcüstanda səfərdə olan Roma Papası Tiflisdəki Mixail Mesxi adına “Lokomotiv” stadionunda müqəddəs ayini həyata keçirib. Bu barədə apa-nın Gürcüstan bürosunun məlumatına görə, Roma Papası çıxışını “İnsanlara ilahi rahatlıq gətirmək kilsələrin ən mühüm missiyasıdır” sözləri ilə başlayıb. O, çıxışı zamanı kilsələrin rahatlıq və Allahın təsəlliverici evi olduğunu bildirib.

Tədbirdə hökumət rəsmiləri, diplomatik korpus nümayəndələri, Gürcüstandakı dini konfessiyaların rəhbərləri iştirak ediblər.
Qeyd edək ki, dünən Gürcüstana səfər edən Roma Papası ölkə prezidenti, baş nazir, parlament sədri, diplomatik korpus nümayəndələri və dini liderlərlə görüşüb.
Sabah Roma Papasının Gürcüstana səfəri başa çatır, o, Azərbaycana səfər edəcək.

Xəbər xətti