Hərbi sursatın partlaması nəticəsində xəsarət alan Ağstafa sakininin əlləri amputasiya olunub

14:52 - 1 Oktyabr 2016 - HADİSƏ

Ağstafa rayon sakini döyüş sursatının partlaması nəticəsində ağır yaralanıb.Ucnoqta.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Saloğlu kəndində qeydə alınıb. Kənd sakini 1974-cü il təvəllüdlü Yaşar Mustafayev hərbi sursatı əlinə alıb və bu zaman partlayış baş verib. 

Xəsarətlə Ağstafa Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən Y. Mustafayevin hər iki əli amputasiya olunub. İlkin məlumata görə, hadisə kənd ərazində hərbi sursatlar yığılan ərazidə baş verib. Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti