Bələdiyyə sədri qəza törədib, idarə rəisi ölüb

14:44 - 1 Oktyabr 2016 - HADİSƏ

Qazax şəhər Bələdiyyəsinə məxsus “Mercedes” markalı avtomaşının qəzaya düşməsi nəticəsində bir nəfər ölüb, sürücü isə xəsarət alıb. Qazax rayon Polis Şöbəsindən Ucnoqta.az verilən məlumata görə, hadisə gecə saatlarında rayonun Çaylı kəndi ərazisində baş verib. 

Qazax şəhər Bələdiyyəsinin sədri Oqtay Hüseynovun idarə etdiyi "Mercedes" markalı avtomaşın idarəetmədən çıxaraq yolun kənarına aşaraq yanıb. 
Nəticədə sürcü O.Hüseynov yaralanıb, avtomaşında olan sərnişin - Qazax rayon Mənzil Kominal Təsərrufat İdarəsininin rəisi Elşad Axundov isə aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Baş verən avtoqəza ilə bağlı Cinayət Məcəlləsinin 263.2 (nəqliyyatda ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Xəbər xətti