Səfir: "Azərbaycan Humanitar Forumu keçirməklə bəşəriyyətə böyük xidmət göstərir"

14:41 - 1 Oktyabr 2016 - SİYASƏT

"V Bakı Beynəlxalq Humanitar Forumu humanizm, multikulturalizm, qeyri-zorakılıq kimi bu gün dünyada çox əhəmiyyətli olan məsələləri müzakirə etmək üçün vacib platformadır".

Bunu "Report"a açıqlamasında Hindistanın Azərbaycandakı səfiri Sancay Rana deyib.
Onun sözlərinə görə, bu forum dünya liderlərinin, bu sahələr üzrə mütəxəssislərin müvafiq məsələləri müzakirə edə biləcəyi platformaya çevrilib. "Bu tədbiri keçirməklə Azərbaycan bəşəriyyətə böyük xidmət göstərir", - deyə o bildirib.
Azərbaycan və Hindistan arasındakı əlaqələrdən danışan S.Rana bu münasibətlərin güclü olduğunu və hər gün daha da inkişaf etdiyini vurğulayıb: "Biz daha çox qarşılıqlı səfərlər gözləyirik. İyul ayında Hindistanın xarici işlər nazirinin müavini Azərbaycana səfər edib. Oktyabrın sonlarında isə hökumətlərarası komissiyasının növbəti iclası ilə əlaqədar ticarət və sənaye üzrə dövlət naziri Nirmala Sitaramanın Azərbaycana səfər edəcəyini gözləyirik".

Xəbər xətti