Mikroavtobus yük maşını ilə toqquşdu: 4 ölü, 11 yaralı

10:57 - 1 Oktyabr 2016 - HADİSƏ

Türkiyənin Hakkari vilayətində ağır yol qəzası baş verib. Ucnoqta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Yüksekova-Van yolunun 18-ci kilometrliyində sərnişin mikroavtobusu yük maşını ilə toqquşub.

Qəza nəticəsində 4 nəfər ölüb, 11 nəfər xəsarət alıb. Yaralılar xəstəxanalara yerləşdirilib. Onlardan 3-ün vəziyyəti ağır kimi qiymətləndirilir.

Xəbər xətti