Təhlükəli qələvinin olduğu tanker batır – VİDEO

11:43 - 30 Sentyabr 2016 - HADİSƏ

Tokuyamakudamtsu limanında göyərtəsində 400 ton natrium hidroksid olan tanker batır. 

Ucnoqta.az xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb. 
Qeyd edilir ki, 50 metr uzunluğu olan gəmi əyilib. Şəkillərdə suyun gəminin böyük hissəsini basdığı görünür. Dörd nəfərdən ibarət heyət təxliyə edilib. Tankerin göyərtəsində olan maddənin konsentrasiyası barədə dəqiq məlumat verilmir. 
Natrium hidroksid – güclü qələvidir, ondan neft emalı zamanı istifadə edilir. Maddə çox təhlükəlidir və güclü yanıqlara səbəb ola bilər. Telekanalın məlumatına görə, natrium hidroksid adətən bərk halda nəql edilir, amma su ilə kontakta girdikdə güclü istilik verir.

Xəbər xətti