Şimon Peresin vəfatı ilə əlaqədar İsrail səfirliyində xatirə kitabı açılacaq

11:40 - 30 Sentyabr 2016 - Xəbər

İsrailin sabiq prezidenti Şimon Peresin vəfatı ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində xatirə kitabı açılacaq. Bu barədə APA-ya səfirlikdən məlumat verilib. Oktyabrın 5-də saat 10:00-13:00 və 14:00-16:00, oktyabrın 6-da isə 14:00-16:00-da səfirliyi ziyarət edərək xatirə kitabına ürək sözlərini yazmaq olar.
Qeyd edək ki, Ş. Peres sentyabrın 28-də 94 yaşında vəfat edib.

Xəbər xətti