Fəhlələri daşıyan avtobus qəzaya uğrayıb, 1 ölü, 39 yaralı

11:34 - 30 Sentyabr 2016 - HADİSƏ

Türkiyənin Bolu bölgəsində fəhlələri daşıyan avtobusun yük avtomobili ilə toqquşması nəticəsində bir nəfər ölüb, 39 nəfər yaralanıb. Ucnoqta.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, avtobus Boludan Mudurnu istiqamətində hərəkət edirmiş. 

Hadisə Doğançı kəndi yaxınlığında baş verib. Məlumata görə, ölən avtobus sürücüsüdür. Yük avtomobilinin sürücüsü də yaralılar arasındadır. Yaralılar xəstəxanaya yerləşdirilib.

Xəbər xətti