Gəncədə iki avtomobil toqquşub, 2 nəfər yaralanıb

11:24 - 30 Sentyabr 2016 - HADİSƏ

Səhər saat 07:50 radələrində Gəncə şəhərində iki avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib. Ucnoqta.az xəbər verir ki, şəhərin "27-05" dairəsi adlanan ərazisində "VAZ-21011" markalı avtomobil ilə "VAZ-2109"un toqquşması nəticəsində sürücülər xəsarət alıb. Qəza zamanı "VAZ-21011"in sürücüsü, Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü Pərvin Məmmədov ağır və hələki şəxsiyyəti bilinməyən digər sürücü isə yüngül xəsarət alıb.

P.Məmmədov "təcili yardım" maşını ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Baş vermiş avtoqəzanın dəqiq səbəbləri Dövlət Yol Polisi tərəfindən araşdırılır.

Xəbər xətti