“Əli və Nino” filminin məşhur türk aktyoru Bakıya gəlir?

14:34 - 29 Sentyabr 2016 - MAQAZİN

Artıq bir müddətdir ki, cəmiyyətdə gəzən söz-söhbətlərə görə Qurban Səidin eyni adlı romanı əsasında cəkilmiş  “Əli və Nino” filmində rol alan türk kinosunun ulduzu aktyor Halit Ergenç  Bakıya səfər edəcək. Çox guman ki, bu söhbət öz təsdiqini tapmaqdadır. Ucnoqta.az-ın əldə etdiyi məlumata görə, belə ki, bu yaxınlarda “CinemaPlus” kinoteatrlar şəbəkəsinin rəsmi feysbuk səhifəsində maraqlı paylaşım edib. Paylaşım isə məhz elə Halit Ergenç haqqındadır. 
Qeyd edək ki,  Halit Ergenç tamaşaçıların ürəyində “Möhtəşəm yüzyıl” televiziya serialın “Sultan Süleyman” obrazı kimi qalıb. Aktyor “Əli və Nino” filmində isə Azərbaycan Xalq Cümhuriyyətinin ilk baş naziri Fətəli Xan Xoyski rolunu oynayıb.     

 


Xəbər xətti