XİN: Ermənistanın təmas xəttində hərbi təlimlər keçirməsi sülh prosesinə böyük zərbədir

14:32 - 29 Sentyabr 2016 - SİYASƏT

Ermənistanın təmas xəttində hərbi təlimlər keçirməsi sülh prosesinə böyük zərbədir. Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə deyib.Nazir bu barədə ATƏT-in Minsk qrupunun həmsədrlərinə məlumat verdiyini bildirib:“Bu baxımdan həmsədrlərə də bu barədə tam şəkildə məlumat vermişəm ki, onlar da Ermənistan tərəfi ilə əlaqə saxlasınlar, belə təxribata yol vermisinlər. Əgər biz sülhdən danışırıqsa, deyiriksə, erməni qoşunları işğal olunmuş ərazilərdən çıxarılmalıdır, o zaman onların Ağdamda təlim keçirməsi təxribatdır”.

Xəbər xətti