Ana səhifə
21 Oktyabr 2018

Kuyt Fənərdən gedir

“Fənərbaxça" klubunun futbolçusu Dirk Kuytun komandadan ayrılacağı iddia olunur. Türkiyə mətbuatının verdiyi məlumata görə, hollandiyalı futbolçunun yenidən sabiq komandası "Feyenoord"a qayıdacağı bildirilir.

Bu barədə açıqlama verən Kuyt yenidən ölkəsinə qayıdacağını istisna etməyib: “"Feyenoord"un mənim doğma klubum olduğunu hər kəs bilir. Oraya qayıdacağımla bağlı dəqiq bir söz deyə bilmərəm. Ancaq əlbəttə ki, yenidən "Feyenoord"da forma geyinmək istəyərdim. "Fənərbaxça"da yaxşı mövsümlər keçirdim. Özümü yaxşı hiss edirəm və futbol oynamaqdan zövq alıram".

Qeyd edək ki, 34 yaşlı futbolçu 2003-2006-cı illərdə "Feyenoord"un şərəfini qoruyub.

 

Tarix
7 Oktyabr 2014 [20:57]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin