12 televiziya bağlanıb

11:34 - 29 Sentyabr 2016 - DÜNYA

Türkiyədə 12 televiziya kanalının yayımı dayandırılıb. Ucnoqta.az "Haberturk"ə istinadən xəbər verir ki, bu haqda ölkənin Radio-Televizya Ali Şurası qərar qəbul edib. İnformasiyaya görə, 12 telekanalın fəaliyyəti fövqəladə vəziyyət rejimi çərçivəsində 668 saylı qanun qüvvəsində olan qərarla dayandırılıb. Fəaliyyəti dayandırılan TV-lər arasında "Hayatın sesi", "TV10", "Van TV", "Jiyan TV" və "Zarog TV" telekanlları da var.

Xəbər xətti