Rusiya yığmasının rəqibi müəyyənləşib

11:28 - 29 Sentyabr 2016 - İDMAN

Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatının daha bir finalçısı müəyyənləşib. "Report"un məlumatına görə, bu, yarımfinalda Portuqaliyaya 5:2 hesabı ilə qalib gələn Argentina millisidir.

Həlledici görüşdə cənubi amerikalıların rəqibi Rusiya olacaq. Görüş oktyabrın 1-də Bakı vaxtı ilə saat 23:30-da başlanacaq.

Qeyd edək ki, Portuqaliya 1/4 finalda Azərbaycan yığmasını, Rusiya isə yarımfinalda İranı yenib. 3-cü yer uğrunda görüşdə Portuqaliya ilə İran milliləri üz-üzə gələcək.

Xəbər xətti