"Azərbaycan Dəmir Yolları" tender keçirir

11:27 - 29 Sentyabr 2016 - İQTİSADİYYAT

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) İnfrastruktur Departamenti rabitə, mexaniki təpə avadanlıqları və materialları, KTSM-PONAB avadanlıqlarının (hərəkət tərkibində qızmış buksları aşkar edən qurğu) satınalınması ilə əlaqədar açıq tender elan edir.

Ucnoqta.az xəbər verir ki, bu barədə rəsmi mətbuatda məlumat verilib.

Məlumata görə, tender iki lot üzrə keçirilir. Lot 1 rabitə avadanlıqları və materiallarının (magistral kabeli, rabitə kabeli, yerli rabitə kabeli, yerli rabitə şəbəkəsi üçün qutular, park rabitəsi üçün gücləndirici, gücləndirici, park rabitəsi üçün rupor elektrodinamik uca səs başlığı, park rabitəsi üçün çöl-danışıq pultu,maqnit-elektrik qoşucu, iş ləvazimatı, kabel üçün mufta, paylayıcı qutu, magistral şkaf, azbest boru, keçid şlaqbaumun mühərriki, elektrod, keçid zəngi, şup, kanalizasiya quyuları üçün qapaqlar) satın alınması, lot 2 isə KTSM-PONAB avadanlıqlarının (balometr, maqnit datçiki, pedal, universal voltmetr), mexaniki təpə avadanlıqları və materialları (montaj naqili, kompressor ehtiyat hissələri, yavaşıdıcıların ehtiyatı hissələri, təzyiqə davamlı rezin boru, su nasosu, əyləc şini, şinin bərkitmə botu) satın alınmasını nəzərdə tutulur.

Hər lot üzrə tenderdə iştirak haqqı 100 manatdır.

Tenderdə iştirak etmək istəyənlər (tender təklifi və bank zəmanəti istisna olmaqla) zəruri sənədləri 18 oktyabr saat 18:00-dək, tender təklifi və bank zəmanətini isə möhürlənmiş ikiqat zərfdə 26 oktyabr saat 18:00-dək, Bakı şəhəri, Dilarə Əliyeva 230 ünvanına (ADY-nin İnfrastruktur Departamentinə) təqdim etməlidirlər.

Tender təkliflərinə oktyabrın 27-də, saat 11:00-da qeyd edilən ünvanda baxılacaq. İddiaçıların səlahiyyətli nümayəndələri prosesdə iştirak edə bilərlər.

Xəbər xətti