Göygöldə avtomobil aşıb, xəsarət alan var

19:47 - 28 Sentyabr 2016 - HADİSƏ

Göygöldə bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az apa-ya istinadən xəbər verir ki, hadisə Gəncə-Göygöl-Toğanalı avtomobil yolunda qeydə alınıb. Hərəkətdə olan “VAZ 2106” markalı avtomobilin idarəetməni itirərək dərəyə aşması nəticəsində sərnişin, 1961-ci il təvəllüdlü Vahid Ələsgərov müxtəlif bədən xəsarətləri alıb. O, Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. V. Ələsgərova dərhal tibbi yardım göstərilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Xəbər xətti