Latviya parlamentinin sədri Azərbaycana səfərə gələcək

17:01 - 27 Sentyabr 2016 - Xəbər

Latviya Seyminin sədri İnara Murnietse oktyabrın 3-də Azərbaycana səfər edəcək.
Latviyanın Azərbaycandakı səfirliyindən "Report"a verilən məlumata görə, parlamentin sədri Bakıda, o cümlədən Azərbaycan Milli Məclisində bir sıra rəsmi görüşlər keçirəcək.
Səfər zamanı İ.Murnietse ikitərəfli münasibətlərin inkişafı perspektivlərini, eləcə də ölkə parlamentləri arasında əməkdaşlığın artırılması məsələsini müzakirə edəcək.
Bundan əlavə, parlamentin sədri Latviya yugendstilinə (incəsənət və sənətkarlıq üslubu) həsr olunan və oktyabrın 4-də M.F.Axundov adına Milli Kitabxanada keçiriləcək sərginin açılışına qatılacaq.

Xəbər xətti