Prezident İlham Əliyev “ADEX-2016” sərgisində iştirak edib

15:55 - 27 Sentyabr 2016 - Xəbər

 Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Baku Expo Mərkəzində keçirilən II Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində (“ADEX-2016”) iştirak edib.

“Report”un xəbərinə görə, dövlət başçısı müxtəlif şirkətlərin məhsullarının nümayiş olunduğu stendlərə baş çəkib.
Qeyd edək ki, Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin rəsmi təşəbbüsü və dəstəyi ilə keçirilən sərgidə 260 məmulat nümayiş olunur. 45 ölkədən 250 şirkətin iştirak etdiyi sərgidə eyni zamanda, 20 ölkədən 25 rəsmi nümayəndə heyəti var.

Xəbər xətti