Daha 74 nəfərin ölkədən çıxışına qadağa qoyulub

15:07 - 27 Sentyabr 2016 - Xəbər

Vergilər Nazirliyi vergi borcuna görə Azərbaycandan çıxması qadağan edilən şəxslərin siyahısına dəyişiklik edib.
"Report" xəbər verir ki, Azərbaycan sərhədlərini tərk etməsi qadağan edilən hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin sayı 43 nəfər artırılaraq 534-ə çatdırılıb.
Ölkədən çıxışı məhdudlaşdırılan fiziki şəxslərin sayı isə 31 nəfər artıb və hazırda 359 fiziki şəxsin ölkədən çıxışına qadağa var.
Ümumilikdə sözügedən səbəbdən Azərbaycandan çıxışına icazə verilməyən şəxslərin ümumi sayı 819-dan 893-ə çatıb.

Xəbər xətti