Azərbaycanın qanadlı bombaları -FOTOLAR

12:58 - 27 Sentyabr 2016 - Xəbər

Bu gün Bakı Ekspo Mərkəzində müasir silah və texnikanın, eləcə də milli müdafiə sahəsində güc və qüdrətin möhtəşəm nümayişi - “ADEX 2016” 2-ci Azərbaycan Beynəlxalq Müdafiə sərgisi öz işinə başlayıb.Sərgi çərçivəsində Azərbaycanın milli pavilyonu da ölkənin milli müdafiə kompleksini təqdim edir. Azərbaycan pavilyonunda diqqət çəkən hərbi sursatlardan biri də “QFAB-100SAB” qəlpəli-fuqaslı süzən aviasiya bombasıdır.Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin müəssisələri tərəfindən istehsal olunan bu bombalar düşmənin zirehli texnikasını və canlı qüvvəsini məhv etmək üçün nəzərdə tutulub. Təyyarədən atılan bomba 100 km-ə qədər uça bilir. Yəni hədəf müəyyən edildiyi halda hərbi təyyarə bombanı təyyarə üçün təhlükəsiz ərazidə havaya buraxır və sonra bomba özü təyin edilmiş hədəfə doğru uçaraq onu məhv edir.


Xəbər xətti