Beynəlxalq müşahidəçi: "Bu referendum ölkənin siyasi stabilliyinin yeni zəmanəti idi"

11:10 - 27 Sentyabr 2016 - ÖLKƏ İÇİ

"Bu referendum ölkənin siyasi stabilliyinin yeni zəmanəti idi". "Report" xəbər verir ki, bunu bu gün keçirdiyi mətbuat konfransında çıxış edən Beynəlxalq QHT-lərdən ibarət müşahidə qrupunun nümayəndəsi - Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin rəhbərinin müavini Villyam Rasimora deyib.

Onun sözlərinə görə, ümumxalq səsverməsi Azərbaycanda demokratiyanı gücləndirəcək: "Konstitusiyada baş verən dəyişikliklər idarəetmədəki boşluqları aradan qaldıracaq və demokratiyanı gücləndirəcək".

Xəbər xətti