İmişlidə “Mercedes” su kanalına düşüb - FOTO

10:56 - 27 Sentyabr 2016 - HADİSƏ

İmişlidə minik avtomobili yoldan çıxaraq su kanalına düşüb. Ucnoqta.az “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

Rayonun Qaralar kənd sakini Rəcəb Hüseynov idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən anidən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq kənardakı su kanalına düşüb. Hadisə zamanı xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti