Ana səhifə
24 Sentyabr 2018

Azərbaycan-İran, kibercinayətkarlıqla birgə mübarizə

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov İranın rabitə və informasiya texnologiyaları naziri, Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

 

Ucnoqta.az xəbər verir ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata görə, Ə. Abbasov son zamanlar tərəflər arasında bütün istiqamətlərdə, o cümlədən rabitə və informasiya-kommunikasiya texnologiyaları sahəsində keçirilən mütəmadi görüşlər, aparılan danışıqların öz məhsuldarlığı ilə münasibətlərin inkişafına yeni təkan verdiyini, əməkdaşlığın daha da genişləndirilməsinə müsbət təsir göstərdiyini qeyd edib.

Azərbaycan-İran münasibətlərinin inkişaf dinamikasından məmnun qaldığını ifadə edən M. Vaezi ölkələr arasında əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri kimi əlaqələrin daha da genişləndirilməsi üçün yüksək potensial, qarşılıqlı marağın olduğunu nəzərə çatdıraraq gələcək perspektivlərdən danışıb. İndiyə qədər aparılan müzakirələrdə Azərbaycan tərəfinin irəli sürdüyü təklifləri məqbul sayan iranlı nazir bütün istiqamətlər üzrə əməkdaşlığa hazır olduqlarını vurğulayaraq, xüsusən kibertəhlükəsizlik, informasiya-kommunikasiya texnologiyaları, poçt sektoru, ikinci telekommunikasiya peykinin xidmətlərindən istifadə sahələrində əlaqələrin genişləndirilməsini zəruri hesab edib.

“Bakutel”də İran şirkətlərinin Milli Pavilyonla iştirakına yaradılan şərait üçün Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə təşəkkürünü də ifadə edən M. Vaezi sayca 20-ci telekommunikasiya sərgisində təşkil olunacaq “Nazirlər Toplantısı” çərçivəsində bu sahədə əməkdaşlığın daha da genişləndirilməsi üçün danışıqların davam etdirilməsinə maraq göstərdiklərini bildirib.

 

Bəhruz

Tarix
8 Noyabr 2014 [12:03]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin