Avropa Xalq Partiyasının missiyası RƏYİNİ AÇIQLADI

20:41 - 26 Sentyabr 2016 - Xəbər

Avropa Xalq Partiyasının müşahidə missiyası Azərbaycanda keçirilən referendumla bağlı bəyanat verib. APA-nın xəbərinə görə, bəyanatda bildirilir ki, 26 sentyabrda Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsi azad, sərbəst, açıq və ən mütərəqqi beynəlxalq standartlara uyğun keçirilib. "26 sentyabrda keçirilmiş referendum Azərbaycan xalqının iradəsini əks etdirir. Referendum zamanı bütün prosedurlar beynəlxalq standartlara uyğun olub. Avropa Xalq Partiyasının nümayəndələri 20-ə yaxın məntəqədə səsvermə prosesini müşahidə ediblər", - deyə bəyanatda qeyd olunub.

Xəbər xətti