MSK: 69,7 faiz seçici seçkidə iştirak edib

20:22 - 26 Sentyabr 2016 - Xəbər

Referendumda yekun seçici fəallığı açıqlanıb

 Mərkəzi Seçki Komissiyası (MSK) Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə bu günə - sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində yekun seçici fəallığını açıqlayıb.
“Report”un xəbərinə görə, MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov deyib ki, səsverməyə start verilən andan - saat 08:00-dan 19:00-a qədər ölkə üzrə 5 milyon 267 min 111 seçicidən 3 671 707 nəfəri (69,7 faizi) səsvermədə iştirak edib.

Xəbər xətti