Ramiz Mehdiyev: “Venesiya Komissiyası tapşırıqlar əsasında belə məlumatlar yayıb”

18:55 - 26 Sentyabr 2016 - SİYASƏT

 Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Avropa Şurasının Venesiya Komissiyasının ölkə Konstitusiyasına dəyişiklik edilməsi ilə bağlı referendum aktı layihəsinə bildirdiyi rəyə münasibətini açıqlayıb. “Report”un xəbərinə görə, R.Mehdiyev jurnalistlərə açıqlamasında VK-nin rəyinə münasibətinin mənfi olduğunu deyib: “Onlar bizimlə müzakirə aparmayıblar. Onlara sənəd göndərməmişik. Özləri tapşırıqlar əsasında belə məlumatlar yayıblar. Bizim münasibətimiz çox mənfidir. Referendum Azərbaycana çox şey verəcək”.

Xəbər xətti