Bakıda evlərdən oğurluq edən 2 şəxs yaxalandı

18:38 - 26 Sentyabr 2016 - HADİSƏ

Bakıda evlərdən oğurluq edən 2 nəfər tutulub. Daxili İşlər Nazirliyinin saytında verilmiş məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi, Nəsimi RPİ və Mingəçevir ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 7-dən 10-dək olan müddətdə paytaxt ərazisində 5 nəfərə məxsus evlərdən pul, qızıl və məişət əşyaları oğurlamaqda şübhəli bilinən qrupun digər üzvləri - Mingəçevir şəhər sakini Novruz Bədəlov və Şəki şəhər sakini, əvvəllər məhkum olunmuş Elçin Rəhimov tutulub.
Araşdırma aparılır.

Xəbər xətti