Türkiyədə terrorçular hərbçilərə hücum edib: 6 şəhid, yaralananlar var

18:32 - 26 Sentyabr 2016 - DÜNYA

 Türkiyənin Şırnak əyalətində PKK qruplaşmasının terrorçuları hərbçilərin nəzarət məntəqəsinə hücum edib. "Report" "Haber7"yə istinadən xəbər verir ki, iriçaplı silahlarla həyata keçirilən hücum nəticəsində 6 hərbçi şəhid olub, yaralananlar var. Hadisə yerinə təcili tibbi yardım maşınları cəlb edilib.

Terrorçuların zərərsizləşdirilməsi istiqamətində əməliyyat keçirilir.

Xəbər xətti