Avropalı parlamentarilər Azərbaycanda keçirilən referendumun təşkilindən razıdırlar

17:13 - 26 Sentyabr 2016 - Xəbər

Avropalı parlamentarilər Azərbaycanda keçirilən referendumun təşkilindən razıdırlar. Trend-in məlumatına görə, bunu Belçikadan olan müstəqil müşahidəçi Toni Mallet deyib. Onun sözlərinə görə, bir neçə seçki məntəqəsində olublar: "Ekzit pol" keçirən şirkətin nümayəndələri ilə söhbət etdim. Onların sorğusuna əsasən, azərbaycanlı seçicilərin 90 faizinin bütün 29 dəyişikliyin lehinə səs verdiyini gözləyirik".
Qeyd edək ki, Azərbaycanda ölkə Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) keçirilir. Referendum saat 08:00-da başlayıb və səsvermə saat 19:00-da başa çatacaq.
Referendumu izləmək üçün 117 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasında akkreditasiyadan keçib. Onlar təxminən 35 ölkənin, Avropa Şurası Parlament Assambleyası da daxil olmaqla, müxtəlif beynəlxalq təşkilatların nümayəndələri, parlamentarilərdir. Ümumilikdə müşahidəçilərin sayı 53 minə yaxındır.

Seçki məntəqələrində proseslərin bütünlüklə izlənilməsi məqsədilə bütün ölkə coğrafiyasını əhatə edən 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində (təqribən 20%) veb-kamera quraşdırılıb. Seçkilərdə 5600-dən artıq seçki məntəqəsi var. Hər seçki məntəqəsinə 10-a yaxın müşahidəçi düşür.

Xəbər xətti