Ana səhifə
22 Oktyabr 2018

“Neft Daşları” yatağında yeni estakadayanı meydança tikilir

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Neft Daşları” yatağında yeni 1954A nömrəli estakadayanı meydançanın inşası davam etdirilir.

 

 

Ucnoqta.az xəbər verir ki, ARDNŞ-in “Neftqazelmitədqiqatlayihə” institutunun layihəsi əsasında tikilən meydançanın baş podratçısı şirkətin “Neftqaztikinti” trestidir. ARDNŞ-in mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, 10 istismar quyusunun qazılması üçün nəzərdə tutulan meydança dənizin 17 metr dərinliyində yerləşdiriləcək. Burada qazılacaq quyulardan sutkada 100 ton neft hasil olunacağı gözlənilir. Estakadayanı meydançanın hidrotexniki hissəsində işlər başa çatdırılıb, boruyığma, nasoslara xidmət, iki minik və iki yanalma meydançaları, qülləaltı postament, dalma nasosları üçün şaxtalar və digər qurğular quraşdırılıb. İşlərin ilin sonunadək başa çatdırılması planlaşdırılır.

Tarix
8 Noyabr 2014 [20:52]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Kommunal qurumların işi sizi qane edirmi?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin